Aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarına yeni baş məşqçilər təyin olunub.
AFFA-dan verilən məlumata görə, 15 yaşadək futbolçulardan ibarət yığma Aleksandr Qrossa tapşırılıb.
U-16-ya Famil Xəlilov, U-17-yə Emin Mustafayev başçılıq edəcək.
Mahmud Qurbanov U-18 millisinin sükanı arxasında olacaq. U-19 yığmasını isə Elgiz Kərəmli çalışdıracaq.