Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 28-də Kəlbəcər şəhərində, Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin binasında saat Kəlbəcər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş saat 10:00-da başlayacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı avqustun 27-si saat 09:00-dan Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin binasında həyata keçiriləcək.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə tel: (+994 12) 512-01-14, e-mail: info@fhn.gov.az