Bu gün UEFA-nın 2026/27-ci illər mövsümündə Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsinin püşkatma mərasimləri keçiriləcək.

 

Püşkatma mərasimi Monakoda baş tutacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Hər iki turnirdə 36 klub iştirak edəcək.

Avropa Liqasında komandalar dörd səbətə bölünüb. Hər klub səkkiz müxtəlif rəqiblə qarşılaşacaq – hər səbətdən iki komanda ilə. Komandalar dörd oyunu evdə, dördünü isə səfərdə keçirəcək.

Birinci səbətdə “Bayer”, “Benfika”, “Yuventus”, “Milan”, “Lion”, “AZ Alkmaar”, “Olimpiakos”, “Real Sosyedad” və “Marsel” yer alıb.

İkinci səbətdə “Ferensvaroş”, Plzen “Viktoriya”sı, “Union”, Zaqreb “Dinamo”su, “Zaltsburq”, “Seltik”, Praqa “Sparta”sı, “Renn” və “Anderlext” qərarlaşıb.

Üçüncü səbəti “Şturm”, “Lex”, “Kristal Pelas”, “Bornmut”, “Sanderlend”, “Selye”, “Yagelloniya”, “Omoniya” və “Selta” təşkil edir.

Dördüncü səbətdə isə “Hoffenhaym”, “Beşiktaş”, “Torrense”, “Hapoel” (Beer-Şeva), “NEK Neymegen”, OFİ, “Lillestrom”, “Levski” və “Ararat-Armenia” yer alıb.

Konfrans Liqasında 36 iştirakçı altı səbətə bölünüb. Hər komanda altı müxtəlif rəqiblə, hər səbətdən bir komanda ilə olmaqla, ümumilikdə altı oyun keçirəcək.

Birinci səbətə “Atalanta”, “Braqa”, “Ayaks”, “Frayburq”, “Monako” və “Kopenhagen” daxil edilib. İkinci səbətdə “Midtüllan”, “Srvena Zvezda”, “Gent”, “Panatinaikos”, “Pafos” və “Brayton” yer alıb.

Üçüncü səbəti “Luqano”, “Xetafe”, KuPS, “Tvente”, “Linkoln Red İmps” və “Borats” təşkil edir. Dördüncü səbətə “Sent-Trüden”, “Brann”, “Harts”, “Kayrat”, “Trabzonspor” və “Universitatya Krayova” daxil olub.

Beşinci səbətdə “Riqa”, “Hayduk” (Split), “Yablonets”, “Norşellan”, “Orxus” və “İnter” (Eskaldes) qərarlaşıb. Altıncı səbətdə isə “Tun”, ÇSKA (Sofiya), “Kauno Jalgiris”, “Myölbyü”, “İberiya” və “Eqnatiya” yer alıb.

Qeyd edək ki, Avropa Liqasının əsas mərhələsi sentyabrın 16-da, Konfrans Liqasının əsas mərhələsi isə oktyabrın 15-də başlayacaq.