İşğaldan azad olunan Kəlbəcər bu gün yeni görkəmi, müasir infrastrukturu və canlanan həyatı ilə diqqət çəkir.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan bayraqlarının dalğalandığı məhəllədə milli musiqinin sədaları altında uşaqlar və böyüklər “Yallı” gedirlər. Bir vaxtlar müharibənin izlərini daşıyan bu torpaqlarda indi uşaqların gülüşü və sevinc dolu səsi eşidilir. Müasir binalar, abad küçələr və yaşıllıqlar Kəlbəcərin yeni həyatının mənzərəsini tamamlayır. Bu görüntülər doğma yurda qayıdışın, şəhərin dirçəlişinin və burada yeni həyatın qurulmasının canlı ifadəsidir. Kəlbəcərdə yaşanan bu sevinc həm də işğaldan azad edilmiş ərazilərimizin Böyük Qayıdışla yenidən həyata qovuşmasının rəmzidir.