Erməni vandalizminin nəticəsi olaraq dağıdılan abidələr artıq bərpa olunur. İşğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri uğurla və davamlı olaraq həyata keçirir. Görülən işlərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhər məscidinin təməlini qoyub..
Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub. İşğal dövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi-dini abidələrimiz ermənilər tərəfindən məhvedilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar.
İşğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-quruculuq, bərpa işləri məscidləri də əhatə edir.
Yeni məscidlər tikilir, mövcud olanlar bərpa edilir. İşğaldan azad olunmuş ərazilərimizdə mədəni irsimizin, o cümlədən tarixi-dini abidlərimizin bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2020-ci ilin dekabrın 8-də Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan edib. Fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işləri uğurla həyata keçirilir.
İndiyə qədər Ağdam Cümə məscidi, Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Mamayı, Təzə məhəllə, Saatlı, Zəngilan məscidləri aparılan bərpa işlərindən sonra istifadəyə verilib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni məscidlərin tikintisi və bərpası işləri davam etdirilir.