Təbiətin tarazlığı yeni sınaqlarla üz-üzədir, dəyişikliklərin siqnalları getdikcə daha sərt səslənir. İqlim böhranı artıq uzaq gələcəyin proqnozu deyil, bu gün qarşımızda dayanan acı reallıqdır. Baş verənlərin fonunda sadəcə danışmaq yetərsizdir, hərəkətə keçmək zamanıdır.

 

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) da məhz bu ritmlə davam edir. Tədbirin üçüncü gününün əsas mesajı isə belədir: öhdəliklər real fəaliyyətə çevrilməli, iqlim liderliyi tərəfdaşlıq vasitəsilə təmin edilməli və maliyyə imkanları səfərbər olunmalıdır.