10–13 sentyabr tarixlərində Belarusun Minsk şəhərində kayak və kanoe üzrə “Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku” beynəlxalq yarışı keçiriləcək.

 

Azərbaycan Su İdmanı Növləri Federasiyasından (ASİNF) bildirilib ki, Azərbaycan idmançıları da nüfuzlu beynəlxalq turnirdə iştirak edəcəklər. Ölkəmizi yarışda kayak və kanoe üzrə 3 idmançı təmsil edəcək.

Komandanın heyətində Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq. İdmançıların hazırlığına böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.