Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü şəxs Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün sentyabrın 10-u saat 10:30-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, sol aşıq baldır oynağı nahiyəsinin travmatik amputasiyası diaqnozu təyin edilən pasiyent üzərində hazırda əməliyyat icra olunur.