AFFA UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Litva – Azərbaycan oyununda milli komandamızı dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.

 

Milli assosiasiyadan verilən məlumata görə, müraciətdə biletlərin onlayn şəkildə satışda olduğu bildirilib.

Qeyd olunub ki, azərbaycanlı azarkeşlər üçün ayrılmış 228 və 229-cu sektorlara biletlərin qiyməti 14 avrodur.

Sentyabrın 27-də Kaunas şəhərində yerləşən “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.