Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyənin Yalova şəhərində keçirilən "EVOQ Challenge Cup Pre Season Yalova" beynəlxalq mövsümöncəsi hazırlıq turnirində ikinci yeri tutub.

 

Bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidmətindən bildirilib.

Yığma qrup mərhələsində keçirdiyi 3 matçın hamısında qələbə qazanaraq finala yüksəlib. U-16 turnirdə "Viktor Sanikidze Academy Basketball" (94:43), "Bakırköy Kartaltepe" (65:54) və "Eskişehir Gelişim Falcons" (54:53) komandalarını məğlub edib.

Komanda həlledici qarşılaşmada "Konya Diltaş Basketbol"a 69:73 hesabı ilə məğlub olub.