Sentyabrın 14-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib.
Bəyannamədə türk dövlətləri və xalqları arasında həmrəyliyin gücləndirilməsi, Türk-İslam mənəvi və mədəni dəyərlərinin təşviqi, dini təhsil və elmi əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin maarifləndirilməsi ilə bağlı bir sıra mühüm müddəalar əksini tapıb.
Sənəddə terrorizm, ekstremizm, separatizm, islamofobiya, türkofobiya, məzhəblərarası ayrı-seçkilik və nifrət çağırışlarına qarşı birgə mübarizənin davam etdiriləcəyi bildirilib. Qadın və uşaq hüquqlarının müdafiəsi, dini ədəbiyyatın tərcüməsi, ortaq fətvaların hazırlanması və Türk dünyasının tarixi irsinin təbliği də prioritet istiqamətlər kimi qeyd olunub.