Sentyabrın 14–15-də Bolqarıstanın Sofiya şəhərində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə İşçi Qrupunun iclası keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, İşçi Qrupunun rəhbəri, ADY-nin sədr müavini Nicat Quliyevin iştirak etdiyi iclas çərçivəsində Orta Dəhlizin cəlbediciliyinin artırılması və yük axınları üçün əlverişli şəraitin yaradılması məqsədilə konteyner daşımalarının və yük daşıma tariflərinin optimallaşdırılması məsələləri müzakirə edilib.
Müzakirələrin yekunu olaraq dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, yükdaşımaların səmərəliliyinin artırılması, eləcə də regionda ticarət və logistikanın inkişaf etdirilməsi barədə protokol imzalanıb.