Asiya İnkişaf Bankı (ADB) ilə Azərbaycanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi müzakirə edilib.

 

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"ADB-nin Direktorlar Şurasının üzvləri ilə görüş keçirdik. Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərini, həmçinin dəmiryol, metro və ümumilikdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi, rəqəmsallaşdırılması, dekarbonizasiyası istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Həmçinin hava və dəniz nəqliyyatı, eləcə də kosmik sahədə potensial maliyyələşdirmə imkanları ilə bağlı fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.