Gürcüstan Azərbaycanda yeni səfir təyin edib.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, bu vəzifəyə Giorgi Zakaraşvili təyin edilib.
Bildirilir ki, G.Zakaraşvili uzun illər XİN-in mərkəzi aparatında və diplomatik nümayəndəliklərdə müxtəlif məsul vəzifələrdə çalışıb. O, 2021-ci ildən bu günədək Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, GUAM-da daimi nümayəndəsi olub.