Sentyabrın 26-27-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kata üzrə dünya çempionatı keçiriləcək.

 

Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, yarışda 4 idmançımız mübarizə aparacaq. Azərbaycanı yeniyetmələr və gənclər arasında keçirilən ölkə birinciliyinin qalibləri “nage-no-kata” proqramında təmsil edəcəklər.

Yeniyetmələr arasında Sadiq Abdullayev (tori) və Rəcəb Əkbərov (uke), gənclər arasında isə Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) çıxış edəcəklər.

Qeyd edək ki, dünya çempionatında 35 ölkədən 462 cüdoçu qüvvəsini sınayacaq.