"Turan Tovuz" və "Fənərbağça" (Türkiyə) komandaları arasında keçiriləcək yoldaşlıq oyununa maraq kifayət qədər böyükdür.

 

Klubdan verilən məlumata görə, bir saat ərzində 5 872 bilet satılıb.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.