Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüşüblər.

 

Görüşdə nazirlər Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayıb, 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmalardan sonra qeydə alınan irəliləyişi nəzərdən keçiriblər.

Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yetirilib.

Bu kontekstdə iki ölkə arasında ticarət və tranzit əlaqələri sülhün faydalarının praktiki nümunələri kimi qeyd olunub.

Nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviqi imkanları barədə fikir mübadiləsi aparıblar.

Tərəflər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.