27 Sentyabr - Anım Günü münasibətilə Ağdam şəhər 1 nömrəli tam orta məktəbin qarşısında tamaşa nümayiş olunub.
Ağdam Dövlət Dram Teatrının aktyorları tərəfindən təqdim edilən "Mübariz" tamaşası Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi döyüş yoluna, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarına həsr olunub.
Tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, quruluşçu rəssamı Müşviq Qarayev, musiqi tərtibatı Azər Şükürov, rejissor assistenti Ceyhun Yusifov, səs rejissoru Elşən Cəfərovdur. Rolları Elmir Hümbətov, Nuranə Əliyeva, Qalib Abdullazadə, Teymur Kərimov, Rüstəm Məmmədov, Zöhrab İmamalıyev ifa ediblər.
Həmin gün Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərgi təqdim olunub.