27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəngilan və Cəbrayıl rayonlarında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmək üçün silsilə tədbirlər keçirilib.

 

Digər bölgələrdə olduğu kimi, hər iki rayonda da saat 12:00-da nəqliyyat və piyadaların hərəkəti dayandırılıb, avtomobillər səs siqnalları verib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.