Sentyabrın 30-da Xocalı və Ağdərə rayonlarına növbəti qayıdış həyata keçirilib.
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu gün həyata keçirilən qayıdış mərhələsində Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə, Xocalının Xanyurdu kəndinə 1 ailə – 5 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə isə 4 nəfərdən ibarət 1 ailə qayıdıb.
Beləliklə, ümumilikdə 19 ailənin – 87 nəfərin Xocalı və Ağdərə rayonlarına qayıdışı təmin edilib. Doğma yurdlarına qayıdan sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.