Gəncə şəhərində III Beynəlxalq Opera Festivalı çərçivəsində Xalq artisti Fidan Hacıyevanın xüsusi konsert proqramı təşkil olunub.

 

Konsert proqramında Respublika və beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov, həmçinin gənc ifaçılar Nəzrin Rəcəbzadə, Zeynəb Abdullayeva, Ləman İsmayılova, İslam Abdullayev və Nilay Qasımova çıxış ediblər. Solistləri isə Mezzo kamera orkestri müşayiət edib.

Proqram ərzində Azərbaycan və dünya opera-vokal repertuarının seçilmiş nümunələri təqdim olunub.

YAP Gəncə şəhər təşkilatında keçirilən konsertin əsas məqsədi klassik vokal və opera sənətinin təbliği, gənc və istedadlı ifaçıların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi, eləcə də Azərbaycan vokal məktəbinin ənənələrinin yeni nəslə çatdırılması olub.