Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 8,5 milyona yaxın sərnişin daşınıb.
ADY-dən bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.
Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu marşrutları ilə 8 milyon sərnişin daşınıb. Bu göstərici illik müqayisədə 18 faiz artıb.
Rayonlararası marşrutlardan 433 min sərnişin istifadə edib ki, bu da 17 faiz artım deməkdir. Beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu üzrə isə 75,5 mindən çox sərnişin səfər edib.
Bundan başqa, bu ilin sentyabr ayında ADY üzrə ümumi sərnişindaşımada 24 faiz artım qeydə alınıb.