Azərbaycanla Niderlandın “C. Steinweg Group” şirkəti Orta Dəhliz üzrə birgə layihələri müzakirə edib.

 

Bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşündə aparılıb.

“Kritik minerallar və logistika sahəsində əməkdaşlıq imkanlarını, eləcə də saxlama-anbar komplekslərinin yaradılması məsələlərini müzakirə etdik. Xüsusilə, Orta Dəhliz üzrə birgə layihələri və bu istiqamətdə infrastruktur imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”, - Mikayıl Cabbarov qeyd edib.