Azərbaycanın qadın boksçusu Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 66 kiloqramda mübarizə aparan idmançı yarımfinalda rusiyalı İustina Anufriyeva ilə qarşılaşıb.
Görüş təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.