İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib.

 

London təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub.

K.Palmer 2023-cü ilin sentyabrından "Çelsi"də çıxış edir. 24 yaşlı yarımmüdafiəçi London klubunun heyətində keçirdiyi 138 matçda 58 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.

O, London klubu ilə UEFA Konfrans Liqası və klublararası dünya çempionatının qalibi olub.