“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda bu gün Çexiyanın “Slaviya” komandası ilə üz-üzə gələcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq. Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.
Qeyd edək ki, “Sabah” ilk turda İngiltərədə “Mançester Yunayted”ə 0:4, “Slaviya” isə evdə Fransanın “Lans” klubuna 2:3 hesabı ilə uduzub.