UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) oyununa satılan biletlərin sayı açıqlanıb.
Bu barədə Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün 52 min bilet öz sahibini tapıb.
Qeyd edək ki, "Sabah" - "Slaviya" matçı bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.