Milli Kitabxanada Vətən müharibəsində böyük qalibiyyətin qazanıldığı gün münasibətilə “17 oktyabr – Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

 

Kitabxanadan bildirilib ki, sərgilərdə Füzuli şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Fuzuli/index.htm linkindən istifadə edə bilərlər.