Valeh Feyruz oğlu Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib.

 

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Valeh Ələsgərov Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, oktyabrın 19-da Valeh Ələsgərovun 80 yaşı tamam olacaq.