Azərbaycanı iki taekvondoçu Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edəcək.

 

Bu barədə Azərbaycan Taekvondo Federasiyasından (ATF) məlumat verilib.

Adil Kazımlı və Zəha İsayeva yarışda mübarizə aparacaq.

ATF-nin vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev idmançılar və onların məşqçiləri ilə görüşüblər. Görüş zamanı idmançıların yarışöncəsi hazırlıq prosesi və məşqlərin gedişatı müzakirə olunub.

Məşqçilər heyəti komandanın hazırlıq vəziyyəti barədə ətraflı məlumat verib. Federasiya rəsmiləri idmançılara qarşıdakı yarışlarda uğurlar arzulayıb, onların Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcəklərinə və yüksək nəticələr uğrunda mübarizə aparacaqlarına əminliklərini ifadə ediblər.

Qeyd edək ki, Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında taekvondo yarışları noyabrın 8-dən 12-dək keçiriləcək. Milli komanda noyabrın 5-də Dakara yola düşəcək.