Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla təkbətək görüşü olub.

 

Görüş çərçivəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Ceyhun Bayramov oktyabrın 29-30-da Ankarada keçirilən 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü çərçivəsində Türkiyədə səfərdədir.