İspaniyanın Toledo əyalətində, Madridin cənubunda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb.

 

Bu barədə Kastilya-La Mança bölgəsinin prezidenti Emiliano Qarsiya-Peyc məlumat verib. Bildirilib ki, 50 yaralı xəstəxanaya yerləşdirilib, 60 nəfər isə evə buraxılıb. On beş nəfərin vəziyyəti ağır olaraq qalır.

İspaniyanın Baş naziri Pedro Sançes qəzanın səbəblərinin araşdırılması, zərərçəkənlərə yardım göstərilməsi və həlak olanların ailələrinə kompensasiya ödənilməsi üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.