20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə Ağdam şəhərində keçirilən silsilə tədbirlər atəşfəşanlıqla başa çatıb.
Şəhər sakinləri və qonaqlarda xoş ovqat yaradan konsert proqramından sonra Ağdam səmasında möhtəşəm atəşfəşanlıq olub.
Rəngarəng fişənglərin yaratdığı mənzərə yenidən qurulan şəhərin gecə səmasını işıqlandırıb. Bayram tədbirlərinin möhtəşəm finalı kimi yadda qalan bu işıqlı görüntülər** şəhərin** yeni simasının, burada canlanan ictimai-mədəni həyatın növbəti nümayişinə çevrilib.