Azərbaycanın istedadlı xanəndəsi və müğənnisi Almaxanım Əhmədli noyabrın 27-də “TRT Avaz” telekanalında yayımlanacaq yeni musiqi proqramının ilk buraxılışının qonağı olacaq.

 

Bir neçə ay əvvəl lentə alınmış proqramda sənətçi türk musiqiçilərindən ibarət orkestrin müşayiəti ilə çıxış edir. Onu Türkiyənin konservatoriyalarının professorları və peşəkar musiqiçiləri müşayiət edirlər.

Proqramda Almaxanımın ifaçılıq məharəti, milli musiqi ənənələrimizə bağlılığı, Azərbaycan muğamına və xalq musiqisinə özünəməxsus münasibəti nümayiş olunur.

Almaxanım Əhmədlinin “TRT Avaz”ın yeni musiqi layihəsinin ilk qonağı seçilməsi Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması baxımından əlamətdardır.

Xatırladaq ki, Almaxanım Əhmədli Azərbaycan Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solistidir. O, müxtəlif beynəlxalq konsert layihələrində uğurla iştirak edib, Azərbaycan musiqisini xarici ölkələrdə təmsil edib.