Bu gün UEFA Avropa Liqası və Konfrans Liqasının liqa mərhələsində növbəti turun oyunları keçiriləcək.

 

“Beşiktaş” UEFA Avropa Liqasının V turunda Gürcüstanın Batumu şəhərində İsrailin “Hapoel Beer-Şeva” kollektivini sınağa çəkəcək. “Batumi Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

“Trabzonspor” isə UEFA Konfrans Liqasının IV turu çərçivəsində Bolqarıstanda ÇSKA (Sofiya) komandası ilə qarşılaşacaq. Görüş noyabrın 27-nə keçən gecə, saat 00:00-da başlayacaq.