Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları 18 milyon 392,9 min ton təşkil edib. Bu da illik müqayisədə 11,4 faiz azalma deməkdir.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
İxrac edilən neft və xam neft məhsullarının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 12 milyard 162 milyon dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkədən 20 milyon 754,6 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 10 milyard 849,7 milyon dollar təşkil edib.